Şri-Lanka İrana tədarük etdiyi neftə görə pul ödəməyin qeyri-adi üsulunu tapıb.

"Unikal" xəbər verir ki, bu ölkə Tehrana  olan 251 milyon dollar borcunu ödəmək üçün barter razılaşması əsasında 20 milyon dollar dəyərində çay ixrac edib.

Razılaşma hələ 2021-ci ildə əldə edilib, lakin onu həyata keçirmək yalnız indi mümkün olub. Məsələ burasındadır ki, İranla razılaşmalardan az sonra Şri-Lankada iqtisadi böhran başlayıb və nəticədə ölkə prezidenti Qotabaya Racapaksa istefa verib.

Bu cür barter İran üçün faydalıdır, çünki ölkə Tehrana qarşı çoxsaylı sanksiyalara görə iqtisadiyyata daxil olmaq çətin olan çay idxalına xarici valyuta xərcləməli olmayacaq.

Gülayə Mecid