"Örüş sahələrinin ayrılması ciddi problem olaraq qalmaqdadır. Örüş sahəsi veriləndə ilk növbədə yerli əhalinin tələbatı nəzərə alınmalıdır".

 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Bir dəfə hesabatda görməmişəm ki, hansısa bələdiyyə bir kəndə su çəksin, bağça, məktəb və s. tikdirsin", - deyə deputat bildirib.

Anar Kəlbiyev