Son illərdə dünyanın müxtəlif yerlərində zorakılıq, müharibə və xaos artıb. Hazırda müharibə vəziyyətində olan Ukrayna və Qəzzada çəkilmiş fotoşəkillər isə bu xaosun əsl üzünü ortaya çıxarıb.  

"Unikal" xəbər verir ki,  24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi və İsrailin ötən ilin 7 oktyabrdan etibarən Qəzzaya hücumlarında həlak olan mülki vətəndaşların sayı durmadan artır. 

İsrail təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağını havadan, qurudan və dənizdən davamlı olaraq bombalayır. Məlumata görə, İsrail bu hücumlarda 66 min tondan çox partlayıcıdan istifadə edib. Bu o deməkdir ki, Qəzzaya hər kvadrat kilometrə 183 ton partlayıcı atılıb. Hücumlar nəticəsində Qəzza xarabalığa çevrilib, bölgədə 1,9 milyon fələstinli didərgin düşüb.

İsrailin hücumlarında 29 min 410 fələstinli həlak olub, 69 min 465 nəfər yaralanıb. Hücumlarda ölənlərin ən azı 12 660-ı uşaq, 8 570-i isə qadındır. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin sıx hücumu altında olan Qəzza zolağında 2,2 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib. BMT-nin məlumatına görə, Qəzzada 378 min insan "fəlakət" adlanan 5-ci dərəcə aclıqla, İnteqrasiya Qida Təhlükəsizliyi Mərhələ Təsnifatına (IPC) görə isə 939 min insan "fövqəladə vəziyyət" olaraq bilinən 4-cü səviyyə aclıqla üzləşib. 

Qəzza zolağında kəskin ərzaq təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatının "kritik" olaraq təyin etdiyi 15 faizlik həddi keçərək 16,2 faizə çatıb.

Rusiya-Ukrayna müharibəsi 

Rusiya-Ukrayna müharibəsinin başlamasından 2 il keçməsinə baxmayaraq, BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının (HRMMU) fevralın 7-də dərc etdiyi məlumatlara görə, müharibə başlayandan bəri 10 min nəfər ölüb. 579-u uşaq, 2 min 992-si qadın olmaqla, ölkədə 378 mülki şəxs həlak olub, 19 min 632 mülki şəxs yaralanıb.

Ölənlərin 8095-i Ukrayna ərazisində, 2283-ü isə Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş ərazilərdə baş verib.Hesabatda rəqəmlərin daha çox ola biləcəyi bildirilir. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə milyonlarla ukraynalı, o cümlədən qadın və uşaqlar hücumlar səbəbilə ölkələrini tərk edərək qonşu ölkələrə sığınıb. 

Müharibə başlayandan bəri Ukraynaya dəstək verən Avropa ölkələri ukraynalı qadın və uşaqlardan ibarət mülki vətəndaşları qarşılayıb.

Gülayə Mecid