Bizi uzun səfər gözləyir. Amma biz 1/8 final mərhələsini səbirsizliklə gözləyirik.
"Unikal" xəbər verir ki, bunu Almaniyanın "Bayer” klubunun icraçı direktoru Fernando Karro deyib.
59 yaşlı futbol funksioneri Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasına münasibət bildirib. O, qrup mərhələsində olduğu kimi yenidən rəqib olduqları "Qarabağ”la qarşıdakı duellərə toxunub: “Bizim “Qarabağ” və onun rəsmi şəxsləri ilə çox yaxşı, sıx münasibətlərimiz var. “Qarabağ” “Braqa”ya qarşı pley-offu yaxşı keçirdi. Biz bu komandaya çox ciddi yanaşmalıyıq. Oyunlarımıza həmişəki kimi köklənməliyik”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında oyunlar martın 7-də və 14-də keçiriləcək.