Yüksək səviyyədə oyun sərgiləməyə və Avropanı təəccübləndirməyə çalışacağıq.
"Unikal" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" klubuna rəqib olmaları ilə bağlı danışarkən deyib.
Funksioner leverkuzenlilərin çox güclü kollektiv olduğunu bildirib: "Son ana qədər "Slaviya" (Çexiya) ilə düşəcəyimizə ümid edirdim. Ancaq "Bayer 04" ilə üz-üzə gələcəyik. Rekordlar qıran yenilməz komandadır. Bu mövsüm ən üst səviyyədə çıxış edirlər. Çətin oyun olacaq. Amma biz onları tanıyırıq və təcrübəmiz var. "Qarabağ"ın möhtəşəm qələbəsi bizi ruhlandırıb".
Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.