İranın Urmiya şəhərində yaşayış binasında partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb. Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 əməliyyat qrupu göndərilib.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb, 1 nəfər isə dağıntılar altında qalıb.
Xilasetmə qüvvələri ərazidə çalışır.