“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsini gördük və hesab edirik ki, bizim şərhimizə ehtiyac yoxdur. Bizim erməni həmkarlarımızla yaxşı əlaqəmiz var. Ermənistan bizim tərəfdaşımız olaraq qalır. KTMT məsələləri daim bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin səlahiyyətindədir”.

"Unikal" xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Anatoli Qlaz bildirib.

O, qeyd edib ki, Belarus gələcəkdə Ermənistanla konstruktiv əməkdaşlıq gözləyir.

"KTMT-nin fəaliyyətinin hüquqi aspektlərinə gəlincə, bununla bağlı bizə heç bir rəsmi bildiriş daxil olmayıb", - Belarus XİN sözçüsü bildirib.