Dağılan taxıl hadisəsindən sonra Ukrayna Polşaya nota göndərib.

"Unikal" xəbər verir ki, bu sözləri Varşavadakı səfir Vasili Zvariç deyib.

Onun sözlərinə görə, hücum edənlər tərəfindən qismən səpələnmiş Ukrayna kolzasının gömrük nəzarətindən sonra Polşadan keçməklə Almaniyaya tranzitlə göndərilməsi nəzərdə tutulurdu.

Hadisə səhər saatlarında baş verib. Polis əməkdaşları taxıl səpənlərin kimliyini müəyyənləşdirir.

Fevralın 20-də etiraz aksiyası keçirən polşalı fermerlər Ukrayna ilə sərhəddə yerləşən Medika-Şeqini keçid məntəqəsi yaxınlığında dəmir yolunu bağlayıb, yol boyu vaqonlardan taxıl töküblər.