Çin millisinin sabiq baş məşqçisi Li Ti ömürlük həbs cəzası alıb.
"Unikal" xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb.
Mənbənin məlumatına görə, 46 yaşlı mütəxəssis korrupsiyada təqsirli bilinib.
Li Tie danışılmış oyunlarla məşğul olub, üstəlik 2019-cu ildə Çin milli komandasına rəhbərlik etmək üçün təxminən 330 min funt-sterlinq rüşvət ödəyib.
Qeyd edək ki, Li Te bir vaxtlar, konkret, 2002-2006-cı illərdə futbolçu kimi İngiltərə “Everton”unda çıxış edib.