Vyana Regional Cinayət Məhkəməsi Avstriyanın keçmiş kansleri Sebastian Kurts yalan şahidlik etdiyinə görə səkkiz aylıq şərti cəzaya məhkum edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Belə ki, məhkəmənin hakimi  Maykl Radastik keçmiş kansleri parlament komitəsində yalan ifadə verdiyinə görə səkkiz aylıq şərti həbs cəzasına məhkum edib. Sebastian Kurtz öz etibarlı adamı Tomas Şmidi OeBAG dövlət investisiya holdinqinin direktorlar şurasına təyin etmək ittihamından isə bəraət alıb.