"Biz görürük ki, Ukraynada baş verənlər Alma-Ata bəyannaməsinin pozulmasıdır və biz faktiki olaraq ciddi şəkildə narahatıq".

 "Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə “France 24” televiziyasına müsahibəsində deyib.

“Mən dedim ki, Alma-Ata bəyannaməsi bizim üçün çox vacibdir, çünki Alma-Ata bəyannaməsi nədən bəhs edir? Alma-Ata Bəyannaməsi iki əsas şey haqqındadır. Üstəlik, həmin Alma-Ata bəyannaməsi Rusiya, Ukrayna və Azərbaycan tərəfindən imzalanıb. Yeri gəlmişkən, Alama-Ata bəyannaməsi Belarus, Rusiya və Ukraynanın imzaladığı Beloveja sazişi ilə başladı.

Daha sonra Alma-Atada daha doqquz keçmiş sovet respublikasının qoşulduğu bu müqavilə iki şeydən ibarətdir: Sovet İttifaqının mövcudluğunu dayandırması və ikincisi, imzalayan sovet respublikalarının müstəqil dövlətlərə çevrilməsi, bir-birinin ərazi bütövlüyünü və toxunulmazlığını tanıması. İndi bizim təhlükəsizliyimiz üçün də çox vacib olan Alma-Ata Bəyannaməsinin ruhu ilə biz Ukraynada baş verənlərin Alma-Ata Bəyannaməsinin pozulması olduğunu görürük və biz, əslində, ciddi şəkildə narahatıq”. - Paşinyan deyib.