ABŞ-də ofisiant 10 min dollar bəxşiş aldıqdan sonra işdən qovulub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki,  Linsi Boyd 6 ildən çox Bento Harbourdakı "Mason Jar" kafesində işləyib. 

Naməlum adam 32 dollarlıq hesab ödəyərək dünyasını dəyişmiş dostunun xatirəsinə 10 min dollar bəxşiş verib. 

O, Linsidən bu məbləği bütün işçilər arasında bölüşməsini istəyib. 

Lakin bu məbləği bölüşdürmək istəməyən ofisiant qızın iş yoldaşları ilə mübahisəsi düşüb. 

Bu isə onun işini itirməsinə gətirib çıxarıb. 

Nuranə Abbasova