"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Fənərbaxça"nın maraq dairəsinə düşüb.
"Unikal" xəbər verir ki, Türkiyə klubu hücum xəttini Azərbaycan Premyer Liqasının bombardiri ilə gücləndirməyi planlaşdırır.
İstanbul təmsilçisinin skautları artıq Bakıya səfər də ediblər. Klubun nümayəndələri Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab görüşündə (2:3) 27 yaşlı braziliyalını canlı izləyiblər.
Qeyd edək ki, Juninyo Premyer Liqada 15 qola imza atıb.