"Ukraynanın qalib gələcəyinə şübhəm yoxdur". 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz "Facebook" səhifəsində yazıb.

O, Ukraynada ola bilməməsi və ölkəni qoruya bilmədiyinə görə əzab çəkdiyini qeyd edib: "Bu iki il ərzində mənə ən çox əzab verən odur ki, mən Ukraynada deyiləm və fəxr etdiyim, çox darıxdığım sevimli qəhrəman müdafiəçilərimlə çiyin-çiyinə sizi qorumaqdan məhrumam. Tez, layiqli qələbə arzulayıram, buna bir dəqiqə belə şübhə etmirəm".

Ağarza Elçinoğlu