Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Neftçi” səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüş 1:1 hesabı ilə bitib.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini qoruyub. 31 xalı olan “Turan Tovuz” isə 5-ci sıraya yüksəlib.