Almaniyanın xarici işlər naziri Annalena Berbok və onun ukraynalı həmkarı Dmitri Kuleba Odessadadır.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, onların şəhərə səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib.

Qeyd edək ki, fevralın 23-də Berbok və Kuleba BMT Baş Assambleyasının iclasında iştirak etdikləri Nyu-Yorkdan Almaniya hökumətinin təyyarəsi ilə Berlinə gəlmişdilər.