Abşeron rayon Masazır kənd 4 nömrəli tam orta məktəbində tənəffüs zamanı çəkilmiş görüntü sosial şəbəkələrdə viral olub.

"Unikal" xəbər verir ki, ibtidai sinif şagirdlərinin tənəffüs zamanı Azərbaycan musiqisi fonunda rəqs edib əylənməsi maraqla qarşılanıb. 

Müəllimləri Ülkər İsmayılova tərəfindən lentə alınan görüntülərdə Elay və Oğuz adlı şagirdlərin rəqsi pozitiv təsir bağışlayıb.