Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.

"Unikal" xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri, general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə general-leytenant Nazim Məmmədov olub. O, 2022-ci ilin avqustunda dünyasını dəyişib.