Bu gün basketbol üzrə Azərbaycan millisi 2027-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Unikal" xəbər verir ki, Tahir Baxşıyevin başçılıq etdiyi yığma doğma meydanda Kosovonu sınağa çəkəcək.

"Sərhədçi" İdman Mərkəzində oynanılacaq görüş saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki ilk oyununda səfərdə İsveçrəyə uduzub.