"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistansız dağılmayacaq".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Amma Ermənistanın KTMT-dən çıxması ilə bağlı rəsmi bildiriş almamışıq", - deyə Belarus prezidenti ölkədə keçirilən parlament seçkilərində səsvermədən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “France24” telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dondurduğunu deyib.