Türkiyənin bütün məktəblərinə xristian bayramlarının qeyd edilməsini qadağan edən yeni təlimat kitabçası göndərilib. 

"Unikal" xəbər verir ki, Türkiyə parlamentinin kürdlərin DEM partiyasından olan deputatı Corc Aslan bu qalmaqallı sərəncamla bağlı Türkiyənin təhsil naziri Yusuf Tekinə yazılı sorğu göndərib.

Müraciətdə Türkiyənin "Milad" və "Məsihin dirilməsi" bayramlarını qeyd edən müxtəlif millət və dinlərə mənsub insanların vətəni olduğu qeyd edilir.

Sorğuda həmçinin bu sərəncamın milli azlıqların dövlət məktəblərinə də şamil edilib-edilməməsi soruşulur.