Türkiyənin Konya şəhərində atasının təmizləyib stolun üzərinə qoyduğu tapança ilə oynayan 9 yaşlı uşaq tətiyə səhvən toxunması nəticəsində əmisini vurub.
"Unikal" xəbər verir ki, sinəsindən xəsarət alan 47 yaşlı İzzət U.-nun həyatını xilas etmək mümkün olmayıb.
Uşaq və atası ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.