Misirin paytaxtı Qahirənin şimalında Nil sahilində tikinti şirkəti işçilərini daşıyan gəmi batıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 8 nəfər ölüb, 6 nəfər xilas edilib. 

Məlumata görə, insident Giza əyalətinin Munshat el Qanater rayonunda baş verib. Gəmi fəhlələri hadisə yerinə yaxın tikinti sahəsinə aparırmış.

Ağarza Elçinoğlu