ABŞ prezidenti Co Bayden yenə siyasi səhvə yol verib.  

"Unikal" xəbər verir ki, o, illik Milli Qubernatorlar Assosiasiyasında çıxışında Rusiya və Çin liderlərini qarışdırıb.

Belə ki, Amerika liderinin sözlərinə görə, Barak Obama prezidentliyi dövründə Baydenin Si Cinpinlə görüşdürmək istəyib. 

“O (Obama - red.) Si Cinpinlə görüşməyimi istəyirdi... Onun Rusiyanın ... Çinin lideri olacağı aydın idi və o vaxt bizim Rusiya və digər ölkələrlə problemimiz var idi”, - Bayden tədbirdə bildirib.