İtaliyanın “İnter” klubunun futbolçusu Lautaro Martinez komandanın tarixinə düşüb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Milan təmsilçisinin A Seriyası tarixində 100 qol səddini keçən üçüncü əcnəbi oyunçusu olub.
Argentinalı forvard ölkə çempionatının XXVI turunun “Leççe” ilə matçında dubl etməklə 101-ci qoluna imza atıb.
“İnter”in heyətində daha əvvəl bunu macarıstanlı İştvan Nyörş (133) və argentinalı Mauro İkardi (111) bacarıb.
Lautaro Martines, həmçinin Qabriel Batistuta, Ernan Krespo, Qonsalo İquain, Mauro İkardi, Abel Balbo və Paulo Dibaladan sonra A Seriyasında 100 qol vuran yeddinci argentinalı futbolçu olub.