Misli Premyer Liqasında XXV turunda keçiriləcək “Sumqayıt” – “Kəpəz” oyununun vaxtı dəyişdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə görüş əvvəlcədən nəzərdə tutulduğu kimi martın 1-də saat 16:00-da yox, həmin gün 19:00-da başlayacaq.