Ukrayna prezidenti Volodimir Zelenski Ermənistanda arzuolunan qonaq deyil.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu fikirləri ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Ermənistan Respublika Partiyasının sədr müavini, Armen Aşotyan deyib.

“Zelenski Ermənistanda qardaş Ukrayna xalqının ən arzuolunan nümayəndəsi deyil”, - deyə Aşotyan bildirib. 

Öz növbəsində parlamentdəki “Ermənistan” müxalifət fraksiyasının üzvü Artur Xaçatryan da Zelenskinin İrəvana mümkün səfərini tənqid edərək, bu səfərin “risk və təhdidlərdən başqa heç nə verməyəcəyini” qeyd edib.

Deputat Ukrayna prezidentinə “ölkəsinin problemləri ilə” məşğul olmağı tövsiyə edib.

Nuranə Abbasova