Belçikada Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətlərinə etirazlarını davam etdirən fermerlər küçələrə atdıqları ot bağlamalarını yandıraraq polislə toqquşub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Avropada ekoloji qaydalara və kənd təsərrüfatı siyasətlərinə qarşı fermerlərin etirazları şiddətlə davam edir.

Paytaxt Brüsseldə Aİ siyasətlərinə qarşı üsyan edən fermerlər küçələrə atdıqları ot bağlamalarını və barrikada kimi istifadə etdikləri təkər yığınlarını yandırıblar.

100-dən çox traktorla Aİ Kənd Təsərrüfatı Nazirlərinin görüşdüyü Aİ Şurasının yanına gələn fermerlər yolu bağlayarkən, çevik qüvvət polisi təzyiqli su və gözyaşardıcı qazla etirazçılara müdaxilə edib.