ABŞ prezidenti Co Bayden Nyu-Yorka səfəri zamanı gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

"Unikal" xəbər verir ki, Qəzzada atəşkəsin nə vaxt əldə oluna biləcəyi ilə bağlı sualları cavablayan Bayden, "Ümid edirəm ki, bu həftənin sonuna qədər atəşkəsə nail olunacaq. Milli təhlükəsizlik müşavirim dedi ki, biz buna çox yaxınıq, amma bunu hələ tamamlamamışıq. Ümid edirəm ki, atəşkəs (Qəzzada) gələn bazar ertəsinə qədər əldə olunacaq”,- deyə bildirib.

Zərifə Nağıyeva