Ukraynada korrupsiyada şübhəli bilinən və beynəlxalq axtarışa verilən “Xalqın qulluqçusu” partiyasından olan Şəhər Şurasının deputatı Vladislav Trubitsın İsraildə "Aron" adı ilə gizlənir və rieltor işləyir.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb. 

KİV bildirir ki, Trubitsın Dövlət Kəşfiyyat İdarəsinin məktubundan sonra Ukraynanı tərk edib və Ali Antikorrupsiya Məhkəməsinin iclasına üç gün qalmış Polşa ilə sərhədi keçib.

Qeyd olunur ki, onun Kiyevdə ticarət icazələri ilə “məsələləri həll etmək” üçün rüşvət almaqla bağlı işinə baxılır.

Gülayə Mecid