Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstana işgüzar səfərə gedib. 

"Unikal" xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb. 

"Səfər çərçivəsində Ermənistanın baş nazirinin Yunanıstan prezidenti Katerina Sakellaropoulou, baş nazir Kiriakos Mitsotakis və parlamentin sədri Konstantinos Tasulas ilə görüşləri planlaşdırılır", - məlumatda deyilir.

Ağarza Elçinoğlu