ABŞ Mərkəzi Komandanlığı Yəmən husilərinin hücumlarının dəf edildiyini bildirib.

"Unikal" xəbər verir ki, Komandanlığın "X" sosial şəbəkəsində məlumat verilib.

Bildirilir ki, hücumun qarşısı alınarkən ABŞ hərbçiləri üç pilotsuz suüstü gəmini, iki gəmi əleyhinə qanadlı raketi və bir PUA-nı vurub. Husilərin mövqelərinə zərbələr fevralın 26-da yerli vaxtla saat 16:45-dən 23:45-dək endirilib.