ABŞ prezidenti Co Bayden amerikalı komediya ustası Set Meyersin proqramında iştirak etmək üçün Nyu-Yorka gəlib. Manhettendə baş tutan proqram zamanı polis ərazidə təhlükəsizlik tədbirləri görüb, şəhərdə yaşayan vətəndaşlar isə Baydeni görmək üçün binanın qarşısına toplaşıb.  

"Unikal" xəbər verir ki, Baydenin proqramından əvvəl Fələstin tərəfdarları etiraz aksiyası keçiriblər. Əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Tərəfdarlarla etirazçılar arasında baş verən toqquşmada 50 nəfər saxlanılıb. 

Oturaq etiraz aksiyası keçirən, əksəriyyəti yəhudi əsilli Fələstin tərəfdarları, Qəzzada soyqırımda ittiham olunan İsrailə qarşı “dərhal atəşkəs”ə və Baydeni ABŞ-yə dəstəyini dayandırmağa çağırıblar. 

Zərifə Nağıyeva