Ermənistan vətəndaşı Andraik Qriqoryan Niger əsilli Rusiya vətəndaşı Həmid Yaqubu qətlə yetirib. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Rusiyanın Krasnodar əyalətində baş verib. 

Qriqoryan "Havana" klubunun sahibi və iş adamı, 58 yaşlı Həmid Yaqubu 2 dəfə atəş açaraq öldürüb. Biznesmen hadisə yerində keçinib. 

Qətli sifarişlə törədən  54 yaşlı Qriqoryan hadisə yerində dayanaraq polisin gəlməyini gözləyib. 

Nuranə Abbasova