Bakı Ağır Cinayətlər Məhkəməsində 2 tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxunub.
"Unikal"ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində "Kamaz" markalı yük avtomaşınının sürücüsü Firdovsi Eyvazov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişən şəxslər Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri olub.
Qeyd edək ki, faciəvi hadisə akademiyanın qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.
E.Əzizlinin atası Şahin Əzizov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin rəisidir.
Azər İsrafilov