5 mart 2024-cü il tarixdə saat 07 radələrində Zaqatala RPŞ-dən rayon prokurorluğuna Zaqatala şəhəri M.Müşviq küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla yaşayan 1986-cı il təvəllüdlü Qurbanov Rəşad Fərhad oğlunun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.
"Unikal"ın məlumatına görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, R.Qurbanov saat 01:50 radələrində yuyunmaq üçün axımlı su qızdırıcısının quraşdırıldığı hamam otağına keçib, saat 06:30 radələrində isə hamam otağında atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.