Ukraynanın gənclərdən ibarət millisinin (U-19) AÇ-2024-ün seçmə mərhələsinin elit-raund oyunları üçün heyəti müəyyənləşib.
"Unikal" sözügedən ölkənin futbol assosiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, gənclər komandasının baş məşqçisi Dmitri Mixaylenko ilk dəfə olaraq hazırda "Uotford"da çıxış edən və bu yaxınlarda Ukrayna pasportu alan, UFA-nın prezidenti Andrey Şevçenkonun oğlu Kristianı da çağırıb.
Qeyd edək ki, Ukrayna elit-raundda İsveçrə, Şimali Makedoniya və Latviya ilə qarşılaşacaq. Mini-turnirin ev sahibi Şimali Makedoniya olacaq, kvartetin görüşləri martın 20-26-da Skopyedə baş tutacaq. Ukrayna ilk oyununu martın 20-də məhz meydan sahiblərinə qarşı keçirəcək.