UEFA Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
"Unikal" xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" səfərdə Belçikanın "Union" komandası ilə üz-üzə gəlib.
Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda qolları Mişi Batşuayi, Cayden Ostervolde və Duşan Tadiç vurub.
1/8 final mərhələsində baş tutan digər oyunların nəticələri:
Ayaks” - “Aston Villa” - 0:0
“Molde” - “Brügge” - 2:1.
“Şturm Qraz" - “Lill” - 0:3
“Olimpiakos” – “Makkabi Təl-Əviv" - 1:4
“Dinamo Zaqreb" - PAOK - 2:0
“Makkabi” Hayfa - “Fiorentina” - 3:4
“Servett” - “Viktoriya” - 0:0
Qeyd edək ki, cavab qarşılaşmaları martın 14-də baş tutacaq.