Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu, Kilian Mbappe (PSJ) olub. Hücumçu Villi Orban ("Leyptsiq"), Harri Keyn ("Bavariya") və Manuel Akanjini ("Mançester Siti") qabaqlayıb.
Xatırladaq ki, Mbappe ÇL-in 1/8 final mərhələsində "Real Sosyedad"la cavab görüşündə (1:2) dubl edib.