Daşkəsəndə dava zamanı bir nəfər bıçaqlanıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun mərkəzində yerləşən binaların birinin qarşısında qeydə alınıb.
Rayon sakini 34 yaşlı - Məzahir Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Bıçaqlanan şəxsin sözlərinə görə, o tanıdığı bir neçə şəxs tərəfindən döyülüb, sonra isə bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov