Martın 19-da Bakı Apellyasiya Məhkəməsi ev dustaqlığına köçürülməsini xahiş edən AXCP fəalı Elnur Həsənovun şikayətini təmin etməyib.
"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Nemət Kərimli məlumat yayıb.
E.Həsənovun barəsində ibtidai istintaq yekunlaşıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırlıq iclasının martın 28-nə Cavid Hüseynovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulub.
Elnur Həsənov 2023-cü il noyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi (234.4.3) maddəsi ilə ittiham edilərək həbs olunub.
Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.
Fevralın 24-də məhkəmə onun həbs müddətini daha bir ay uzadıb.