Yasamalda polisin keçirdiyi əməliyyatları zamanı 10 kiloqram narkotik vasitə aşkar edilib.
"Unikal" xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 30 gün ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 65 fakt müəyyən edilib.
Qanunsuz dövriyyədən 10 kiloqram, o cümlədən 5 kiloqram heroin, 2 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb.
Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.