Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.