Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Əzizova Viktoriya Albertovnanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
“Unikal”ın məlumatına görə, ev dustaqlığında olan 1996-cı il təvəllüdlü Viktoriya Əzizovnanın anket məlumatları dəqiqləşdirlib. Məlum olub ki, Viktoriya Əzizovna Rusiya Federasiyasında anadan olub, İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Bir müddət aktrisa kimi fəaliyyətdə göstərib. Viktoriya Əzizovnanın hüquqlarını müdafiə edən 38 saylı vəkil bürosunun vəkili Elşad Daşdəmirov ev dustaqlığında olan müvəkkilinin daim məhkəmə iclaslarında iştirak edəcəyini bildirib. Dövlət ittihamçısı isə həbs qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib. Hakimlər müşavirə etdikdən sonra dövlət ittihamçısının təklifini qəbul ediblər.
Növbəti məhkəmə prosesi aprel ayının 3-nə təyin olunub.
Xatırladaq ki, Viktoriya Əzizova ötən ilin yay aylarında Nərimanov rayonu ərazisində külli miqdarda narkotik vasitə saxladığı üçün rayon polis idarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Azər İsrafilov