AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Yığıncaqda Azərbaycan kubokunun ½ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” görüşündə baş verənlər müzakirə olunub. 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat da ödəyəcək.
“Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları, xüsusilə də Qara Qarayevi təhqir etməsi də cəzasız qalmayıb. Buna görə “Qarabağ” 1000 manat cərimələnib.