Aprelin 7-də saat 01 radələrində Yevlax rayon sakini Musa Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, araşdırma zamanı 1996-cı il təvəllüdlü Şəhliyar Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.