"Hesablama Palatası indiki reallıqlar şəraitində nə mümkündürsə, onu edə bilir. Bundan artığını tələb etmək maksimalizimdən başqa bir şey deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, dünyada əsasən iki qurumdan çəkinirlər: "Dövlət Vergi Xidməti və Hesablama Palatası. Bizim cəmiyyətdə vergi orqanlarından çəkinirlər, amma Hesablama Palatası ilə bağlı vəziyyət bir az fərqlidir".
Ə.Məsimli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə 12 milyard manatdan çox vəsait yatırılıb: "Bu il isə büdəcədən 4 milyard manatdan çox vəsait qoyacayıq. Bir müddətdən sonra aktual olacaq ki, həmin vəsaitdən istifadə səmərəliliyi nə dərəcədə olacaq? Hesabalama Palatası öz fəaliyyətində prioritet istiqamət kimi bu vəsaitlərdən səmərəli istifadənin artırılması istiqamətində gücləndirməsi yaxşı olar".
Anar Kəlbiyev