Xəbər verdiyimiz kimi, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə aparıcı Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

"Unikal"ın məlumatına görə, İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Qəzada həyatını itirən Ayxanın fotolarını təqdim edirik: