Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovla Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.
MEDİA-dan "Unikal"a bildirilib ki, görüşdə Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb, cəmiyyətin, eləcə də media subyektlərinin və jurnalistlərin sığorta sektoru ilə bağlı məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb.
Elmar Mirsalayev isə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edib, birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib.
Görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və münasibətlərin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.