Şimali Koreyanın yeni nüvə sınağı keçirəcəyi ilə bağlı növbəti iddia
04:19 11-04-2012
DÜNYA
Şimali Koreyanın yeni nüvə sınağı keçirəcəyi ilə bağlı növbəti iddia
Şimali Koreya vaxtilə atom sınaqlarının keçirildiyi ərazidə yeni nüvə sınağını reallaşdırmağı planlaşdırır. Cənubi Koreyanın kəşfiyyat rəsmiləri kosmosdan çəkilmiş fotoşəkillərə əsasən bunu bəyan edib.
Bu kəşfiyyat məlumatı Şimali Koreyanın bu həftə yeni raket sınağı keçirməyi planlaşdırdığı vaxtda yayılıb. Bu , Şimali Koreyanın keçirəcəyi üçüncü nüvə sınağı olacaq. Şimali Koreyanın bu addımı nüvə silahına malik tərəflər, eləcə də digər ölkələr arasında əlaqələrin yenidən kəskinləşməsinə səbəb ola bilər.
Yeni raket sınağı isə Kim Çen İrin ölümündən sonra Şimali Koreyada yeni liderin hakimiyyətə gəlməsindən 1 ay sonra keçirələcək. Cənubi Koreyanın kəşfiyyat xidmətinin bəyənatında o da bildirilir ki, uzaq mənzilli raket sınağından sonra Şimali Koreya dünya ictimaiyyətinin mühakiməsindən ölkənin şimal-şərqində 2006 və 2009-cu illərdə digər 2 sınağın keçirildiyi ərazidə nüvə sınağını davam etdirmək üçün bəhanə və ya özünəbəraət kimi istifadə edəcək.
Şimali Koreyanın rəsmi mətbuatı isə yeni nüvə sınağı planları ilə bağlı hər hansı açıqlama yaymayıb.
Ağ Evin mətbuat katibi Jey Karni isə bildirib ki, bu raket sınağı Şimali Koreyanın yenidən təcridinə səbəb olacaq. Vaşinqton potensial raket sınağını Şimali Koreyanın öz beynəlxalq öhdəliklərini birbaşa pozması kimi qiymətləndirir.Jey Karni deyib ki, Şimali Koreya ölkənin təcridinə son qoyacaq , xalqların birliyinə səbəb olacaq və əhalisini yoxsulluqdan xilas edəcək addımlar atmalıdır. O, həmçinin bildirib ki, Pxenyanın bu addımı ABŞ tərəfindən verilməsi planlaşdırılan ərzaq yardımının dayandırımasına səbəb ola bilər.
Bu arada yayılan bir başqa məlumata görə, Şimali Koreyada hazırkı iqtidar Fəhlə Partiyasının yüksək vəzifəli şəxsləri ötən gün paytaxt Pxenyanda bir araya gəlib. Rəsmilər partiyanın gündəmdə duran məsələləri ilə bağlı açıqlama verməsələr də, xarici ekspertlər bildiriblər ki, görüş çox güman ki, ölkə rəhbərliyinin möhkəmləndirilməsi ilə bağlı olacaq.
Qeyd edək ki, partiya nümayəndələri Şimali Koreya dövlət elan edildikdən sonra son bir neçə ildə 4-cü dəfədir ki, bir araya gəlirlər. Görüşdə həmçinin, Kim Çen Inın prezident təyin edilməsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Şimali Koreyanın kosmosa raket buraxması planları ilə bağlı ilə Ağ evin mövqeyini bildirib. O qeyd edib ki, Koreyanın bu planları yüksək təxribat xarakterli addım ola bilər. "Planın həyata keçirilməsi region ölkələri üçün təhlükə mənbəyinə çevrilə bilər. Bu, eyni zamanda, uzun mənzilli raketlərin havaya buraxılmaması ilə bağlı Koreya hökuməti ilə əldə edilən razılığın pozulması və BMT-nin Təhlükəsizlik Şurasının 1718 və 1874 saylı qətnaməsinə ziddir. Biz bunun yaxşı fikir olmadığını ifadə etməyə davam edəcəyik. Bununla bağlı, region ölkələri ilə, əsasən də, Çinlə danışıqlar apararaq və onları inandırmağa çalışır ki, ziddiyyyətlərin sonunda Koreya beynəlxlaq ictimaiyyətdən təcrid ola bilər" - deyə Nuland əlavə edib.
Kənan
Digər Xəbərlər
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13
2024-12-23 16:44:04
2024-12-23 16:31:00
2024-12-23 15:57:00
2024-12-23 15:39:00
2024-12-23 15:21:11
2024-12-23 15:01:06
2024-12-23 15:00:00
2024-12-23 14:19:09
2024-12-23 14:11:00
2024-12-23 13:41:00
2024-12-23 13:28:00
2024-12-23 13:17:26